Şalva Papuaşvili, Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Ankaraya səfər edib
Şalva Papuaşvili, Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Ankaraya səfər edib

 

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Türkiyənin paytaxtı Ankaraya yola düşüb.

Gürcüstan Parlamentinin məlumatına görə, Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşəcək.

Parlament sədrinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Gürcüstan Parlamentinin sədr müavini İlia İnciya, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze və Gürcüstan Parlamentinin Türkiyə ilə Dostluq Qrupunun rəhbəri Gia Çxonia daxildir.

Parlament sədrinin Ankara səfəri 18 iyun tarixində başa çatacaq.