Şalva Papuaşvili - Trampın Mixeil Ğavelaşviliyə təbrik məktubundan sonra ABŞ səfirliyinin bəyanatı qəribədir, bu bəyanatın məqsədinin nə olduğunu bilmirəm
Trampın təbrikindən sonra ABŞ səfirliyinin bəyanatı qəribədir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili bu bəyanatın məqsədinin nə olduğunu bilmədiyini deyib.
“Səfirliyin “Facebookda” gördüyümüz bugünkü paylaşımına gəlincə, prezident Trampın təbrikindən sonra bu bəyanat, ən azı, qəribədir. Özlərinin dediyi kimi, məsələ bir neçə gün əvvələ aiddir və məhz prezident Trampın birbaşa təbrikindən sonra, növbəti gün bu məsələni bu bəyanat izlədi. Doğrusunu desəm, bu bəyanatın məqsədinin nə olduğunu bilmirəm” – Şalva Papuaşvili bildirib.
ABŞ-nin Gürcüstandakı səfirliyi bu gün bəyanat yayıb və bəyanatda qeyd olunub: Dövlət katibi Rubionun xahişi ilə səfir Daniqan Bidzina İvanişvili ilə görüş tələb etdi, lakin İvanişvili səfirlə görüşməkdən imtina etdi. Bununla yanaşı, dünən prezident administrasiyası Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik etdiyinə dair məlumat yaydı.