Şalva Papuaşvili - Temur Çxeidzenin vəfat etməsi ölkəmiz və gürcü mədəniyyəti üçün ən böyük itkidir, Parlament adından ailəsinə başsağlığı verirəm
Şalva Papuaşvili - Temur Çxeidzenin vəfat etməsi ölkəmiz və gürcü mədəniyyəti üçün ən böyük itkidir, Parlament adından ailəsinə başsağlığı verirəm

Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili rejissor Temur Çxeidzenin vəfatından kədərləndiyini ifadə edir.

“Temur Çxeidzenin vəfatından dərin kədərləndiyini ifadə edirəm. Cənab Temurinin vəfat etməsi ölkəmiz və gürcü mədəniyyəti üçün ən böyük itkidir. Lakin onun yaratdığı dahi irs yaşayacaq və gələcəkdə daha çoxları üçün ilham mənbəyi olacaqdır.

Parlament adından ailəsinə, dostlarına və ictimaiyyətimizə başsağlığı verirəm”, – Şalva Papuaşvili yazır.

Gürcü rejissor, Temur Çxeidze 78 yaşında vəfat etdi.