Şalva Papuaşvili - Təəssüf ki, Avropa İttifaqının bəzi ölkələrinin öz sovet keçmişindən irəli gələrək, başqa ölkə və xalqlara qarşı yenidən güc metodları ilə hərəkət etmək cəhdini görürük
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına əsasən, Avropa İttifaqı ilə vizasız gediş-gəlişin dayandırılması üçün heç bir hüquqi əsas yoxdur.
Papuaşvili bildirib ki, vizasız gediş-gəliş Gürcüstan və Avropa İttifaqı arasında öz hüquqları və öhdəlikləri yazılan beynəlxalq müqavilə ilə möhkəmlənib.
“Vizasız gediş-gəlişin dayandırılması üçün heç bir əsas yoxdur, lakin əgər özbaşınalıq və əsassız qərarlar olarsa, bunu əvvəlcədən proqnozlaşdıra bilmərik. Gördük ki, məsələn, diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması ilə əlaqədar qərar Gürcüstan ilə Avropa İttifaqı arasında 2010-cu ilin beynəlxalq müqaviləsini pozacaq şəkildə qəbul olundu. Heç bir hüquqi əsas göstərmədilər və bu günə qədər dayandırılması üçün əsas götürülən müqavilədən hüquqi əsas gətirməyiblər. Bu səbəbdən, təəssüf ki, qaydalara əsaslanan beynəlxalq nizamın artıq olmadığını görürük. Kifayət qədər gücü olanların qanunun qaydaları ilə deyil, gücün qaydaları ilə hərəkət etməyə çalışdığını görürük. Bu halda da biz təəssüf ki, Avropa İttifaqının bəzi postsovet ölkələrinin öz sovet keçmişindən irəli gələrək, başqa ölkə və xalqlara qarşı yenidən nəsə güc metodları ilə hərəkət etmək cəhdini görürük” – Şalva Papuaşvili bildirib.