Şalva Papuaşvili Tanzaniya parlamentinin sədri ilə görüşüb

14:41, 07.10.2026

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tanzaniya Milli Assambleyasının sədri Musa Zunqu ilə görüşüb.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan parlamentinin sədri Tanzaniya tərəfinin Parlamentlərarası İttifaqın Assambleyasını yüksək səviyyədə təşkil etməsini qeyd edib.

Şalva Papuaşvili Tanzaniya Milli Assambleyasının sədrinə Gürcüstanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Görüş zamanı tərəflər parlamentlərarası münasibətlər barədə fikir mübadiləsi aparıb və parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Həmçinin turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub”, – deyə parlamentin mətbuat xidməti məlumat yayıb.

Görüş Tanzaniyanın Aruşa şəhərində keçirilən Parlamentlərarası İttifaqın (IPU) 153-cü Assambleyası çərçivəsində baş tutub.

Tədbirdə parlamentin sədri ilə yanaşı, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Təhsil, Elm və Gənclərlə İş üzrə Komitənin sədri Mariam Laşxi də iştirak edir.

Oxşar