Şalva Papuaşvili Serbiyaya səfər edib. O, burada Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin birinci konfransında iştirak edəcək
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Serbiyanın paytaxtı Belqrada yollanıb.
Səfər çərçivəsində parlament sədri Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin ilk (təsis) konfransında iştirak edəcək. Konfrans Serbiya və Ukrayna parlament sədrlərinin təşəbbüsü ilə keçirilir.
Gürcüstan parlamentinin məlumatına görə, konfransın məqsədi namizəd ölkələrin parlament sədrləri arasında müntəzəm və səmərəli əməkdaşlıq formatının formalaşdırılması, parlamentlərarası dialoqun dərinləşdirilməsi, informasiya mübadiləsinin aparılması, mövqelərin əlaqələndirilməsi və Avropa İttifaqına inteqrasiya prosesində qarşılıqlı dəstəyin gücləndirilməsidir.
Konfrans çərçivəsində Şalva Papuaşvili iştirakçılar qarşısında çıxış edəcək və işçi sessiyalarda iştirak edəcək.
Konfransın yekununda iştirakçılar birgə bəyanat qəbul edəcəklər.