Şalva Papuaşvili – Seçkilərə qarşı informasiya hücumu davam edir, görünür ki, bu, partiya mediası, “QHT”-lər və xarici aktorlar arasında koordinasiya olunub, biz bütün dezinformasiyaları ifşa edirik
Şalva Papuaşvili – Seçkilərə qarşı informasiya hücumu davam edir, görünür ki, bu, partiya mediası, “QHT”-lər və xarici aktorlar arasında koordinasiya olunub, biz bütün dezinformasiyaları ifşa edirik

Seçkilərə qarşı informasiya hücumu davam edir, görünür ki, bu, partiya mediası, “QHT”-lər və xarici aktorlar arasında koordinasiya olunub, biz bütün dezinformasiyaları ifşa edirik. Xaşurla bağlı video yayıldı ki, guya bu gün, seçki günü, güzəştlərin paylanması baş verir. Biz çalışdıq ki, məsələni aydınlaşdıraq, – bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, məlum olub ki, video dünən çəkilib və partiya mediası onu bu günə aid kimi yaymağa çalışır.

“Əslində video dünən çəkilib və söhbət təşviqat materiallarının paylanmasından gedir, başqa heç nədən. Axaltsixenin dördüncü məntəqəsində dezinformasiya yayıldı ki, guya səsverməyə nəzarət olub. Əslində, söhbət görmə qabiliyyəti zəif olan bir seçicidən gedirdi, o kömək istədi və bülletenin doldurulmasında ona yardım edildi. Aydın görünür ki, insanın görmə problemi var, bülleteni yaxından doldurur. Bu da dezinformasiya idi və ifşa olundu. Qoridə, beşinci məntəqədə, “Lelo”nun nümayəndəsi seçki təşviqatı aparırdı, hətta media iştirakı ilə və bununla bağlı şikayət veriləcək. Biz “Lelo”nun 2024-cü il şikayətini gördük, orada məntəqələrin ləğvini tələb edirdi və arqumentlərdən biri kameralar vasitəsilə gizliliyin pozulması idi. “Lelo”nun 2024-cü ildə şikayət etdiyi və nəticələrin ləğvini tələb etdiyi şeyi, indi – 2025-ci ildə özü edir. Həm də daha kobud şəkildə, çünki həmin kameraların səs yazma funksiyası var, bu isə qanun pozuntusudur. Bunu “Lelo”nun nümayəndəsi də etiraf etdi. 2024-cü ildə bəzi QHT-lərin də bu kameralarla bağlı iradları var idi, bu il isə belə iradları olmayıb. Bizim tərəfimizdən də irad yoxdur, amma səs yazmaq qanunla qadağandır. Buyursunlar, kameraları qoysalar da olar, yazsınlar və görsünlər ki, necə uduzurlar”, – deyə Papuaşvili bildirib.