Şalva Papuaşvili - Seçkilərdən altı ay sonra, parlament tam şəkildə öz üzərinə düşən vəzifəni yerinə yetirir, boykotun siyasi məzara apardığı biri varsa, bu, radikal müxalifətin özüdür
2024-cü ilin 26 oktyabr parlament seçkilərindən altı ay keçib. Skeptiklərin və ya pis niyyətlilərin gözləntilərinə zidd olaraq, Gürcüstanın XI çağırış parlamenti tam şəkildə öz üzərinə düşən vəzifəni yerinə yetirir, radikal müxalifət tərəfindən elan edilmiş boykotun zərər verdiyi və siyasi məzara apardığı biri varsa, bu, radikal müxalifətin özüdür – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
“Gürcüstan, həm dövlət olaraq, həm də vətəndaşlar, ötən dövrdə çox vacib dərs aldılar, bu isə önəmlidir, yaxşı yekunlaşdırmalıyıq və dərk etməliyik. Bəzilərinin qısa yaddaşı tarixi yenidən yazmağı və öz gündəmlərinə uyğunlaşdırmağı vərdiş edib, bunun üçün, təbii ki, onlara imkan verməyəcəyik.
Referendum
Yadımızdadır, keçən parlament seçkilərini müxalifət referendum olaraq vəftiz etdi və dedi ki, ölkə Avropa və Rusiya arasında seçim etməlidir. Bu kampaniyanı 2024-cü ilin mart ayının ilk günlərində Salome Zurabişvili başlatdı və xarici və qeyri-hökumət təşkilatlarının cəlb olunacağını elan etdi. Yekun olaraq bütün müxalifət partiyaları və ya QHT liderləri bu baxış altında birləşdi və Avropa İttifaqına inteqrasiya yolunda ən çox iş görən hakimiyyətə Avropanın adı ilə qarşı çıxdı.
Gürcüstan hakimiyyəti bu çağırışı qəbul etdi. Referendum olsun, dedik. Lakin, bu referendumun əslində nə olduğunu xalqımıza izah edəcəyik. Nə və nə arasında seçim edirik. “Gürcü Arzusu”nun kampaniyası məhz bu baxışın paylaşılmasına əsaslandı. İnsanlar keçmiş və gələcək arasında, müharibə təhlükəsi və sülh arasında, nüfuzdan düşmüş, cinayətkar siyasətçilər və məsuliyyətli hakimiyyət arasında, hakimiyyətin mənbəyini ölkədən kənarda axtarmaq və xalqın iradəsi arasında, xarici təsir və kimlik arasında və kollektiv radikal müxalifət və “Gürcü Arzusu”nun aydın, kristallaşmış və birmənalı şəkildə təcəssüm etdirdiyi daha bir çox belə iki qütb arasında seçim etməli idilər.
Xaricin təsiri
Əvvəlki digər seçkilərdə görünməmiş və fərqli olan xaricin Gürcüstanın siyasi prosesinə açıq və birbaşa müdaxiləsi və xalqın iradəsinə açıq-aşkar təsir göstərməsi idi. Bunun bilavasitə qanunla qadağan olunmasından başqa, Gürcüstanda siyasi qüvvələr arasında açıq və azad rəqabətdə bəzi diplomatik nümayəndəliklər açıq şəkildə müxalifətin xeyrinə mövqe tutdular və bəyanatları birbaşa ölkədə hakimiyyətin dəyişməsinə yönəldi.
Birbaşa təşviqat və çağırışlardan başqa, seçkilər yaxınlaşdıqca arzuolunmaz seçki nəticəsinin müvafiq cəza nəticələri, sanksiyalar, viza liberallaşdırılmasının dayandırılması və digər vasitələrdən istifadə ilə nəticələnəcəyinə dair birbaşa eyhamlar və təhdid ortaya çıxdı. Diplomatik missiyalarla birlikdə müxtəlif paytaxtların parlamentlərindən olan bir sıra odioz fiqurlar Gürcüstanın daxili siyasi prosesinə daha sərt və inadla təsir göstərirdilər, müxalifət mediası bunu ümumi Avropa mövqeyi kimi işə keçirirdi.