Şalva Papuaşvili - Şəffaflıq Reyestrində qeydiyyatdan keçmiş təşkilatların sayı qanundan şikayət edən təşkilatların sayını ötüb, 300-dən çox müraciət isə işlənilmə prosesindədir
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin verdiyi məlumata əsasən, Şəffaflıq Reyestrində bu gün üçün 144 təşkilat qeydiyyatdan keçib, 300-dən çox təşkilatın qeydiyyat müraciəti isə işlənilmə prosesindədir.
Bu haqda Papuaşvili sosial şəbəkədə yazıb.
“Şəffaflıq Reyestrində bu gün üçün qeydiyyatdan keçmiş təşkilatların sayı (144 təşkilat) “Xarici təsirin şəffaflığı” haqqında qanundan şikayət edən təşkilatların (136 təşkilat) sayını artıq ötüb. Əlavə olaraq, 300-dən çox təşkilatın qeydiyyat müraciəti isə işlənilmə prosesindədir. Təsəvvür edin, biz hər səhər yenidən Gürcüstanın gözəl şəhər və kəndlərində oyanırıq” – Şalva Papuaşvili yazır.