Şalva Papuaşvili - Salome Zurabişvili Makkeyn İnstitutu tərəfindən işə götürülmüş insandır, aydındır ki, ondan istifadə edərək Gürcüstanda vəziyyəti qarışdırmağa çalışırlar
Şalva Papuaşvili - Salome Zurabişvili Makkeyn İnstitutu tərəfindən işə götürülmüş insandır, aydındır ki, ondan istifadə edərək Gürcüstanda vəziyyəti qarışdırmağa çalışırlar

 

Salome Zurabişvili Makkeyn İnstitutu tərəfindən işə götürülmüş insandır və Makkeyn İnstitutunun gündəliyini yerinə yetirmək üçün fəaliyyət göstərir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O deyib ki, Makkeyn İnstitutu işə götürdüyü insanlardan istifadə edərək Gürcüstanda vəziyyəti qarışdırmağa çalışır.

“Bunlar ağ sapla tikilmiş məsələlərdir. Salome Zurabişvili Makkeyn İnstitutu tərəfindən işə götürülmüş insandır və Makkeyn İnstitutunun gündəliyini yerinə yetirmək üçün fəaliyyət göstərir. Aydındır ki, işə götürdüyü insanlardan istifadə edərək Gürcüstanda vəziyyəti qarışdırmağa çalışırlar. Biz artıq Makkeyn İnstitutundan bir – Lora Torntonu və iki – Salome Zurabişvilini bilirik. Bilirik ki, nə biri, nə də digəri gürcü xalqı və Gürcüstan üçün yaxşılıq istəmir” – Şalva Papuaşvili deyib.