Şalva Papuaşvili - Saxta ideologiyanı yayanlara, Brüsselə, onun maliyyələşdirdiyi "QHT-lərə" deyil, 1700 ildir bizə yol göstərənə, Kilsəmizə və onun sözünə qulaq asmaq vacibdir
Tarazlıq, harmoniya hər şeydə vacibdir və illər ərzində müxtəlif maliyyələşdirmə ilə müxtəlif ölkələrdə təlqin edilmiş əyri yolda olan liberalizm ideyası təəssüf doğurur – bu haqda parlamentin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə əsasən, bu gün dünyada oyanma gedir, bunu da ilk növbədə ABŞ-da administrasiyanın dəyişməsi və saxta ideologiyaların maliyyələşdirilməsini tamamilə dayandıran yeni administrasiyanın yeni siyasəti təmin edib.
“Hər kəsə ucadan danışmaq imkanı verildi ki, heç nə, o cümlədən insana qarşı yavaş təsir edən silah kimi daha güclü silah ola biləcək sözlər fetişləşdirilməməlidir və Gürcüstan bunun yaxşı nümunəsidir. Görəndə ki, faktiki olaraq az qalsın onların laboratoriya heyvanları idik, bizdə nifrət, qəzəb, sözlü hücuma nəinki bir şəkildə icazə verilirdi, həm də təqdir edilirdi və bu günə qədər bəzi avropalı səfir və ya Avropa donor təşkilatları tərəfindən hələ də edilir. Başqalarını alnından güllə ilə hədələyən insanların Brüssel büdcəsindən maliyyələşdirildiyini görürük. Görürdük ki, uşaqlı anaya hücum çəkən, üstünə cuman və onu söyən insanlar müxtəlif Avropa səfirlikləri və səfirləri tərəfindən qucaqlanır və Brüsseldən bol şəkildə maliyyələşdirilirlər. Patriarx məhz buna işarət edir ki, hər kəs anlamalıdır ki, söz azadlığı şəklində bizə daha qəddar və ən ölümcül silah sırınıb ki, bu da təkcə fiziki deyil, həm də insanın ruhunu və o cümlədən bu silahdan istifadə edənin ruhunu öldürür. Bu səbəbdən, saxta ideologiyanı yayanlara, Brüsselə, onun maliyyələşdirdiyi “QHT-lərə” deyil, 1700 ildir artıq bizə yol göstərənə, Kilsəmizə və onun sözünə qulaq asmaq vacibdir” – Şalva Papuaşvili bildirib.
Ümumi Gürcüstanın Katolikos-patriarxı II İlianın Milad məktubunda deyilir ki, söz azadlığından pis niyyət üçün istifadə ən çətin sınaqlarından biridir və yalnız həqiqət yolu ilə Rəbbə doğru gedən, bağışlamağı bacara bilən onu uğurla dəf edə bilər.