Şalva Papuaşvili - Rusiya-Ukrayna müharibəsi mümkün qədər tez başa çatmalıdır, sülh bərqərar olmalıdır, Ukrayna dövləti xilas olmalıdır
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından dörd il tamam oldu. Bu müharibə davametmə müddəti ilə Böyük Vətən Müharibəsini artıq geridə qoyub, dağıntı və insan əzabı ilə ondan heç nə ilə fərqlənmir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin yazdığı kimi, cəbhə xətti yenə 80 il əvvəl olduğu yerdədir və Gürcüstan da onun ağırlığını, ötən əsrin 40-cı illərində olduğu kimi, eyni şəkildə yaşayır.
“Həqiqətən də, Amerika Birləşmiş Ştatları Prezidentinin bu gün dediyi kimi, bu, heç vaxt başlamamalı olan müharibədir. Lakin, biz bu gün də bu müharibənin davam etdirilməsinə ehtiyacı olan və işlərinə gələn qüvvələri görürük. Böyük güclərin maraqlarının qarşıdurması zamanı isə ən ağır bədəli torpağı döyüş meydanına çevrilən ölkə və xalq ödəyir.
Bu müharibə mümkün qədər tez başa çatmalıdır. Sülh bərqərar olmalıdır. Ukrayna dövləti xilas olmalıdır.
Yeni təhlükəsizlik arxitekturası suverenliyə və milli kimliyə hörmət prinsipinə mütləq əsaslanmalıdır. Gürcüstan müharibənin başladığı ilk gündən məhz belə baxış və ruha sahib olub. Biz ən çətin şəraitdə, müharibə istəyənlərin kənardan təzyiq və daxildən həbsxananın sındırılması ilə Gürcüstanı müharibə alovunun içinə çəkməyə çalışdığı bir vaxtda sülh siyasəti aparırdıq. Lakin, biz milli maraqlarımızı dörd il əvvəl də qətiyyətlə müdafiə etdik və bu gün də qətiyyətlə müdafiə edirik” – Papuaşvili yazır.
Onun sözlərinə əsasən, bu gün, regionumuzun yenidən yeni qarşıdurmalar təhlükəsi ilə üzləşdiyi bir vaxtda, Gürcüstan üçün qətiyyət, birlik və suveren seçiminin qorunması təkcə siyasi deyil, həm də tarixi zərurətdir.
“Təəssüf ki, müharibə yenə də yaxındadır və yenidən minlərlə insanın həyatını itirməsi ilə təhdid edir. Hələ də sülh formulunun tapılması mümkün olmur.
Biz sülh və Ukrayna xalqı üçün dua edirik. Onlara dözümlülük və uzunmüddətli sülhə nail olmağı arzulayırıq” – Papuaşvili yazır.