Şalva Papuaşvili - Rusiya ilə münasibətlərin bərpasına yalnız bir maneə qalır, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı, Rusiya bu maneəni asanlıqla aradan qaldıra bilər
Gürcüstanla Rusiya arasında münasibətlərin bərpasına yalnız bir maneə qalır, bu, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalıdır. Rusiya bu maneəni çox asanlıqla aradan qaldıra bilər – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşviliyə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiyanın Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazır olması barədə bəyanatı ilə bağlı sual verilib.
Papuaşvilinin qeyd etdiyi kimi, bu maneəni aradan qaldıracaq vasitə Rusiyanın əlindədir.
“Biz maneənin aradan qaldırılması üçün addımları görən kimi, əlbətdə, münasibətləri bərpa etmək mümkün olacaq. Buna görə də, Gürcüstan ilə Rusiya arasında münasibətlərin bərpasına hansı maneənin əngəl törətdiyi hər kəsə çox yaxşı məlumdur. Bu maneəni aradan qaldıracaq vasitə Rusiyanın əlindədir. Buna görə də biz tam olaraq bunu gözləyirik. Başqa məsələlərlə bağlı heç nə deyə bilmərəm, yeganə məsələ Gürcüstanın ərazilərinin işğalıdır. Bu, Gürcüstan ilə Rusiya arasında münasibətlərin normallaşması yolundakı yeganə maneədir.
Bu maneəni aradan qaldırmaq Rusiyanın öz əlindədir” – Papuaşvili bildirib.