Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Cenevrəyə yola düşüb.
Gürcüstan Parlamentinin Mətbuat Xidmətinin məlumatına görə, Şalva Papuaşvili Dünya Parlament Sədrlərinin Konfransında (IPU) iştirak edəcək. Həmçinin Parlament sədri ümumi debatlarda çıxış edəcək.
“Səfər çərçivəsində Şalva Papuaşvili parlament sədrləri ilə yüksək səviyyəli görüşlər keçirəcək. Konfransda və görüşlərdə parlament nümayəndə heyətinin üzvü, Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze də iştirak edəcək”, – deyə Gürcüstan Parlamentinin məlumatında bildirilir.