Şalva Papuaşvili – Radikalizmin təşviq edilməsi bitən kimi, Avropa İttifaqı ilə münasibətlər avtomatik və təbii şəkildə bərpa olunacaq
Bu gün Avropa İttifaqı səfirliyinin bəyanatından başa düşdüyümüz qədərilə, ehtimal ki, dialoqu ana söyüşü söyməklə bərpa etmək istəyirlər. Təəssüf ki, bu gün Avropa İttifaqı ilə Avropa İttifaqının səfirinin bizə ana söyüşü söyməyin gürcü mədəni irsi və ifadə azadlığı olduğunu dediyi bir formatdayıq – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.
O, bildirib ki, Avropa İttifaqının müxtəlif institusiyaları radikalizmi dəstəkləməyin başını buraxanda, həmin andaca münasibətlərin bərpa olunması yolu tapılacaq.
“Bilmirəm, əgər Polşada, onun vətənində ana söyüşü söymək adi bir şeydirsə, Gürcüstanda belə deyil və o, Gürcüstana yaraşan şəkildə rəftar etməlidir. Avropa İttifaqı ilə münasibətlərin bərpasına gəlincə, Avropa İttifaqının müxtəlif institusiyaları radikalizmi dəstəkləməyin başını buraxanda, həmin andaca münasibətlərin bərpa olunması yolu tapılacaq. Bu gün bu münasibətlərdə maneə kimi Avropa İttifaqının müxtəlif fondları tərəfindən, o cümlədən siyasi bəyanatlarla təşviq edilən və maliyyələşdirilən radikalizm dayanır. Bu gün Avropa İttifaqının səfiri birbaşa və ictimai şəkildə Gürcüstanda ana söyüşü söyməyi təşviq etdi. Az qala bunu mədəni irs kontekstinə çıxardı. Radikalizmin təşviq edilməsi bitən kimi münasibətlər avtomatik və təbii şəkildə bərpa olunacaq, çünki Gürcüstanla Avropa İttifaqı arasında maneə kimi duran məhz radikalizmdir” – Papuaşvili bildirib.