Şalva Papuaşvili Qətərin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qətərin fövqəladə və səlahiyyətli səfiri Həsən Əhməd Əli Məhəmməd Əl Motava ilə görüşüb.
Hər iki tərəf ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən turizm, ticarət-iqtisadiyyat, birbaşa uçuşlar və investisiyalar sahəsində əməkdaşlığın son illər mühüm irəliləyiş əldə etməsindən məmnunluq ifadə ediblər. Şalva Papuaşvili birgə cari və planlaşdırılan layihələrin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Parlamentin sədri ikitərəfli münasibətlərin dərinləşməsində iki ölkənin qanunverici orqanlarının rolunu vurğulayaraq bildirib ki, Gürcüstan parlamenti ikitərəfli sazişlər və ya yüksək səviyyəli parlament səfərləri və görüşlər vasitəsilə bu prosesə töhfə verməyə hazırdır.
Qətər səfiri Şalva Papuaşvilini parlamentin sədri seçilməsi münasibətilə təbrik edib və Qətər tərəfinin daha sıx əməkdaşlığa hazır olduğunu qeyd edib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb