Şalva Papuaşvili - Qali Rayonunun Saberio kəndində baş vermiş faciə dəhşətlidir, sözlər kifayət etmir, ailənin, qohumların, cəmiyyətimizin yasına şərikəm
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili işğal altındakı Abxaziyanın Qali Rayonunun Saberio kəndində baş vermiş faciə ilə bağlı kədərini ifadə edir.
“Qali Rayonunun Saberio kəndində baş vermiş faciə dəhşətlidir. Sözlər kifayət etmir. Biz ancaq məyus ola və ruhlarına dua edə bilərik. Ailənin, qohumların, cəmiyyətimizin yasına şərikəm” – Şalva Papuaşvili “Facebook”da yazır.
Rusiya tərəfindən işğal edilmiş Qali Rayonunun Saberio kəndində 5 uşaq yanğında həyatını itirib.