Şalva Papuaşvili – “Qaxariya Gürcüstan Üçün” partiyasının üzvlərinin deputat səlahiyyətlərinin icrasına başlaması müsbət və salamlana bilən addımdır, düzdür, gecikmiş olsa da, bir siyasi partiya xalqın iradəsini və demokrasiyanı qəbul etdi
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili parlamentin plenar iclasında bildirib ki, “Gaxariya Gürcüstan Üçün” partiyasının üzvlərinin plenar zalda iştirak etməsi və deputat səlahiyyətlərinin yerinə yetirilməsinə başlaması vacib və müsbət hadisədir.
Papuaşvilinin sözlərinə görə, hərçənd gec olsa da, bir siyasi qrup – bir partiya xalqın iradəsini tanıdı və demokrasiyanı qəbul etdi.
“Bu gün parlament üzvləri – “Qaxariya Gürcüstan Üçün” partiyasının deputatları plenar zalda iştirak edirlər və deputat səlahiyyətlərinin icrasına başlayıblar. Bu, vacib və alqışlanacaq addımdır. Bu, həmçinin Gürcüstan parlamentlərinin müxtəlif çağırışlarında dəfələrlə yaşanmış bir dərsdir. 2016-cı ildə seçki nəticələrinin tanınmaması cəhdi olmuşdu, lakin nəticədə hamı xalqın iradəsini, seçkilərin nəticələrini qəbul edib parlamentdə fəaliyyətini davam etdirdi. 2020-ci ildə də seçki nəticələrinin tanınmaması cəhdinin şahidi olduq. Bəzilərinə bunu dərk etmək üçün bir il lazım oldu, bəzilərinə isə yarım il, lakin sonda xalqın iradəsindən qaçmaq mümkün olmadı və deputat səlahiyyətlərinin icrasına başladılar. 2024-cü ildə də eyni cəhd – reallıqdan və xalqın iradəsindən yayınmaq – müşahidə olundu.
Alqışlanandır ki, hərçənd bir ildən sonra və gec olsa da, bir siyasi qrup, bir partiya xalqın iradəsini tanıdı, demokrasiyanı qəbul etdi və deputat səlahiyyətlərinin icrasına başladı. Təəssüf ki, bəzi partiyalar geri dönüş körpülərini yandırdılar və bu gün parlamentdə olmaq çox istəsələr də, öz seçicilərinin səsini parlamentdə səslənmək imkanını özləri əllərindən aldılar.
Mən həmkarlarımı salamlayıram. Sizinlə birlikdə sənədlərin arasında deputat andı da yerləşdirilib. Onun imzalanması bir il geciksə də, ‘heç vaxtdan gec yaxşıdır’, ona görə də xahiş edirəm, andı imzalayıb təşkilati və hüquqi departamentlərə təqdim edin ki, parlamentdə rəsmi qaydada saxlanılsın”, – deyə Papuaşvili bildirib.
Məlumat üçün, bu gün “Qaxariya Gürcüstan Üçün” partiyasının üzvləri parlamentə gəliblər. Partiya 20 oktyabr tarixində parlamentə daxil olmaq qərarını elan etmişdi. Partiyada bildirmişdilər ki, parlament və bələdiyyə tribunalarından istifadə etməmək təkcə səhv deyil, ölkə və xalq qarşısında cinayətdir.
Bundan əlavə, 26 oktyabrda “Qaxariya Gürcüstan Üçün” partiyasının siyasi şurasının üzvü Rusudan Tevzadze deputat mandatından imtina etdiyini və partiyanı tərk etdiyini bildirib.