Şalva Papuaşvili – Partiya tipli “QHT”-lər və xarici aktorlar Gürcüstan seçkilərinin diskreditasiya prosesində iştirak edirlər
Şalva Papuaşvili – Partiya tipli “QHT”-lər və xarici aktorlar Gürcüstan seçkilərinin diskreditasiya prosesində iştirak edirlər

İngilisdilli platformalarda, xüsusilə keçmiş “Twitter”də – “X”-də, informasiya hücumu aparılır, partiya tipli “QHT”-lər və xarici aktorlar Gürcüstan seçkilərinin diskreditasiya prosesinə cəlb olunublar. Onların arasında “DROA”nın üzvü Marika Mikiaşvili də var, o, guya “karusellər” barədə saxta məlumatlar yayır, amma heç bir fakt təqdim etmir, – bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, bu məsələdə xarici aktorlar da iştirak edirlər.

“Marika Mikiaşvili yazır ki, guya “karusellər” həyata keçirilir. “Publika” adlı, xaricdən maliyyələşən təbliğat mediası isə Qriqol Narmanianla bağlı saxta məlumatlar yayır. Hamı başa düşdü ki, bu, adi bir afyora idi. Bir neçə ‘nats’ tamaşa qurdu və fırıldaqla özlərini guya zərərçəkmiş kimi göstərməyə çalışdılar. Onların məqsədi xarici oxucunu aldatmaqdır. Bu işə xarici aktorlar da qoşulublar və proses onlarla koordinasiyalı şəkildə aparılır, çünki onlar Gürcüstandakı radikalları himayə edirlər. Əgər soyadını düzgün deyirəmsə, “X”-də polyak avroparlamentari Kristof Beja paylaşım edib ki, bu, Gürcüstanda aparılan rus əməliyyatıdır. Bu, Gürcüstan seçkilərinə xarici müdaxilədir. Müdaxilə barədə danışanda, bax, bu hal nəzərdə tutulur. Biz canlı efirdə görürük ki, polyak və ya digər siyasətçilər Gürcüstan efirinə necə qarışırlar. Bununla bağlı yekun müzakirə aparacağıq ki, həmin müdaxilənin səviyyəsi və əhəmiyyəti qiymətləndirilsin”, – deyə Papuaşvili vurğulayıb.