Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyasının işində iştirak edəcək
Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyasının işində iştirak edəcək

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi altında parlament nümayəndə heyəti 5-8 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyasının işində iştirak edəcək.

Səfər çərçivəsində Gürcüstan Parlamentinin sədrinin Assambleyanın sessiyasında çıxışı planlaşdırılıb, həmçinin, Şalva Papuaşvili parlament sədrləri ilə ikitərəfli görüşlər keçirəcək.

Parlamentin sədri ilə birlikdə, Gürcüstan parlament nümayəndə heyətinin tərkibinə xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və ətraf mühitin mühafizəsi və təbii resurslar komitəsinin sədri Maia Bitadze daxildir.

Məlumatı parlamentin mətbuat xidməti yayır.