Şalva Papuaşvili parlamentin fəaliyyətinin illik hesabatını növbəti sessiya həftəsində təqdim edəcək
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili parlamentin fəaliyyətinin illik hesabatını növbəti sessiya həftəsində təqdim edəcək.
“Parlamentin fəaliyyətinin illik hesabatının müzakirəsinin bu gün keçiriləcəyi elan edilmişdi, lakin Ermənistanın Baş nazirinin Gürcüstanda səfərdə olmasından və hökumət üzvlərinin hökumət komissiyasının iclasının olmasından irəli gələrək, məsələnin müzakirəsi növbəti sessiya həftəsində keçiriləcək” – parlamentin sədri Şalva Papuaşvili parlament bürosunun bugünkü iclasında bildirib.
Parlamentin nizamnaməsinə əsasən, parlament qanun layihəsinin birinci oxunuşda müzakirəsi üçün müəyyən edilmiş qaydada parlamentin fəaliyyətinin illik hesabatını müzakirə edir.