Şalva Papuaşvili - Oktyabr gələcək və hamımız Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili tərəfindən təyin edilmiş özünüidarəetmə seçkilərində hamının iştirak edəcəyini görəcəyik
Şalva Papuaşvili - Oktyabr gələcək və hamımız Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili tərəfindən təyin edilmiş özünüidarəetmə seçkilərində hamının iştirak edəcəyini görəcəyik

 

Oktyabr gələcək və hamımız Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili tərəfindən təyin edilmiş özünüidarəetmə seçkilərində hamının iştirak edəcəyini görəcəyik – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvilinin qeyd etdiyi kimi, müxalifət kənardan idarə olunur. O, müxalifətin bəyanatlarının Gürcüstan iqtisadiyyatını sarsıtmaq məqsədi daşıdığını bildirib.

“Marionet müxalifət tamamilə kənardan idarə olunur. Bu günlərdə də onların bir neçə paytaxtı gəzdiyini, göstərişlər aldığını müşahidə etmiş olardınız. Bilmirəm, bir hissəsi gəlib, bir hissəsi hələ də ordadır. Onların Gürcüstan iqtisadiyyatını necə sarsıtmalı, terroru necə təşkil etməli və s.-lə bağlı bəyanatlarını artıq görürük. Bununla bağlı Zurab Caparidzenin bəyanatlarını nəzərdə tuturam. Adi göstərişlər və onun icrası.

Ona görə də seçkilərə gəlincə, əlbətdə, burada da marionetlər kimi tamamilə göstərişlərdən asılıdırlar. Lakin, son nəticədə onların siyasi bəyanatlarının o qədər də əhəmiyyəti yoxdur. Oktyabr gələcək və hamımız Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili tərəfindən təyin edilmiş özünüidarəetmə seçkilərində hamının iştirak edəcəyini görəcəyik. Gürcüstan Parlamentinin qəbul etdiyi qanunvericiliklə iştirak edəcək. MSK-nın Gürcüstan Parlamentinin seçdiyi tərkibi ilə iştirak edəcək. Mixeil Ğavelaşvilinin təyin edəcəyi seçkilərdə iştirak edəcək” – Şalva Papuaşvili bildirib.