Şalva Papuaşvili Norveç Krallığının Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

17:47, 13.06.2022

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Norveç Krallığının Xarici İşlər Nazirliyinin dövlət katibi Henrik Tun ilə görüşüb.

Tərəflər Gürcüstan və Norveç Krallığı arasında səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə ediblər. Şalva Papuaşvili Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərinə verdiyi dəstəyə görə Norveçə minnətdarlığını bildirib.
Görüşdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər, həmçinin Rusiyanın Ukraynaya təcavüzü və onun nəticələri müzakirə olunub.

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, sıx və müntəzəm siyasi dialoqun aparılmasının vacibliyi qeyd edilib.

Henrik Tun NATO qoşunlarının və mülki şəxslərin Əfqanıstandan çıxarılmasında göstərdiyi köməyə görə Gürcüstana təşəkkür edib.

Bu il Gürcüstan ilə Norveç Krallığı arasında diplomatik əlaqələrin bərpasının 30 illiyinin qeyd olunduğu vurğulanıb.

Parlament nümayəndə heyətinə deputatlar Nikoloz Samxaradze, Maka Boçorişvili, Maia Bitadze və Herman Sabo daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.

Oxşar