Şalva Papuaşvili Nikol Paşinyanla görüşüb
Parlamentin sədri Şalva Papuaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb.
Gürcüstan parlamentindən verilən məlumata görə, görüşdə Gürcüstan və Ermənistan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə həmçinin qeyd olunub ki, regionda təhlükəsizlik riskləri və çağırışları nəzərə alınaraq, iki ölkənin dövlət qurumları arasında əlaqələrin sıx olması vacibdir.
Görüş Gürcüstan parlamenti sədrinin Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində baş tutub.
Nümayəndə heyətinə Qia Volski, Sozar Subari, Samvel Manukyan, Sumbat Kiuregian, Elquca Qotsiridze və Xatuna Samnidze daxildir.