Şalva Papuaşvili: Nifrət nitqi azalıb, təkrar pozuntu törədənlərə yəqin ki, heç nə kömək etməyəcək, amma onlara qoşulanlar düşünəcək və gürcü mədəniyyətinə qayıdacaqlar – Avropa mədəniyyətinin əsası məhz budur

14:25, 07.07.2026

Şalva Papuaşvili: Cəmiyyət də görür ki, xüsusilə sosial mediada nifrət nitqi azalıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, cəmiyyət xüsusilə sosial şəbəkələrdə nifrət nitqinin azaldığını müşahidə edir.

Onun sözlərinə görə, avropalı olmaq təhqir və söyüş demək deyil, halbuki son dövrlərdə bu anlayış bəzi hallarda məhz belə təqdim olunub.

“Bizim düzəlməz, təkrar-təkrar təhqir edən və söyüş söyən şəxslərimiz var. Onların davranışı belədir – onlar istər sözlə, istərsə də fiziki formada zor tətbiq etməli, təhqir etməlidirlər. Bu, ölkədə qarışıqlıq yaratmaq üçün aldıqları tapşırıqdır. Belə insanlara yəqin ki, heç nə kömək etməyəcək”, – deyə Papuaşvili bildirib.

Parlament sədri qeyd edib ki, təəssüf ki, Gürcüstanda bəzi Avropa nümayəndələrinin fəaliyyəti nəticəsində təhqir, söyüş və vulqarlıq Avropalılıqla eyniləşdirilib.

“Düşünürəm ki, bu təsirə düşən insanlar düşünəcək və gürcü mədəniyyətinə qayıdacaqlar. Məhz bu, Avropa mədəniyyətinin əsasını təşkil edir”, – deyə Şalva Papuaşvili əlavə edib.

Oxşar