Şalva Papuaşvili - Nə qədər ki, biz başqalarının deyil, öz xalqımızın sifarişi ilə hərəkət edirik, Gürcüstan irəli gedəcək, əgər başqalarının bayraqlarını dalğalandırsaq, hansı ittifaqa daxil olmağımızdan asılı olmayaraq, Sovet İttifaqında olacağıq
Gürcüstan iqtisadi artım tempinə görə dünya lideridir. Biz Avropa İttifaqını, eləcə də onun namizədlərini qabaqlayırıq – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin yazdığı kimi, Gürcüstan nə qədər ki, başqalarının deyil, milli, öz xalqının sifarişi ilə hərəkət edir, irəli gedəcək.
“Dünyada yalnız iki ölkə bizdən yüksək iqtisadi artıma malikdir, o cümlədən Cənubi Amerika Qayanası (43%), bu da ona görə ki, orada bu yaxınlarda neft kəşf ediblər. Lakin, könüllülərin rəsmi şəkildə göndərilməsini tələb edən Zelenski ilə razılaşsaydıq, bu baş verməyəcəkdi, bu bizi müharibənin iştirakçı tərəfinə çevirəcəkdi; Biz Rusiyaya qarşı sanksiyaların tətbiqini və eskalasiyanı qətiyyətli səs tonu ilə tələb edən o vaxtkı ABŞ səfirinin qarşısında geri çəkilsəydik bu baş verməyəcəkdi ; Sanksiyaların tətbiqini, Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət qoyulmasını, uçuşların qadağan edilməsini tələb edən Brüsselə inansaydıq, bu baş verməyəcəkdi; 2022-ci ilin fevralında müharibə başlayandan dərhal sonra müxalifət və “QHT”lər tərəfindən təşkil olunmuş aksiyanın “səmimi iştirakçılarının” tələblərinə əməl etsəydik və əvvəlki üç bəndin müəlliflərinə inansaydıq (və bu nə təsadüfdür ki, bu “QHT” lər məhz bu tələblərin gəldiyi yerdən maliyyələşir) bu baş verməyəcəkdi. Kənar məsləhətçilərə və qalanı daxildən zəbt edənlərə inansaydıq, nə iqtisadi artım, nə də liderlik olardı. Bunun əvəzinə, müharibə riski və zəmanətli iqtisadi çöküş olacaqdı, bunun təsiri Kovid pandemiyası dövründəkindən iki dəfə ağır olacaqdı. İndi də belədir. Nə qədər ki, biz xarici deyil, milli maraqlarla, başqalarının deyil, öz xalqımızın sifarişi ilə hərəkət edirik, Gürcüstan irəli gedəcək; Əgər başqalarının bayraqlarını dalğalandırsaq və başqa xalqların iqtidarını özümüzünkü hesab etsək, hansı ittifaqa daxil olmağımızdan asılı olmayaraq, Sovet İttifaqında olacağıq” – Şalva Papuaşvili yazır.