Şalva Papuaşvili NATO-nun mənzil-qərargahında görüşlər keçirəcək

11:26, 26.01.2022

Gürcüstan Parlamentinin yeni seçilmiş sədri, Şalva Papuaşvili ilk işgüzar səfərini Brüsselə edəcək, NATO-nun mənzil-qərargahında görüşlər keçirəcək. Məlumatı Parlamentin mətbuat xidməti yayır.

Gürcüstan Parlamentinin sədrinin rəhbərlik etdiyi Parlament nümayəndə heyəti, NATO-Gürcüstan Komissiyasının (NGC) görüşündə iştirak edəcək.

Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradzenin bəyan etdiyinə görə, bu səfərin bölgədəki kifayət qədər mürəkkəb vəziyyətə və həmçinin NATO ilə Rusiya arasında danışıqlara təsadüf etməsi əhəmiyyətlidir.

“Bizim üçün əhəmiyyətlidir, ilkin mənbıdən məlumat alaq ki, bu danışıqlar necə aparılır, NATO Gürcüstanı dəstəkləməkdə nə qədər möhkəmdir. Biz gələcək perspektivlər, mümkün inkişaf ssenari barəsində söhbət etmək istəyirik və eləcə də necə biz, eləcə də NATO hansı addımları atmalıdır ki, Gürcüstanın NATO-ya üzvülü sürətləndirilsin. Bu həddindən artıq əhəmiyyətlidir. Çünki, bu gün hamı başa düşür ki, Avropanımn təhlükəsizliyi Gürcüstan və Ukrayna təhlükəsizliyindən keçir və buna görə, burada yubatma və güzəştlər qəbul edilməzdir”, – Nikoloz Samxaradze bəyan etdi.

Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraia, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Xarici İşlər nazirinin birinci müavini Laşa Darsaliya daxildir.

Oxşar