Şalva Papuaşvili - NATO-nun bəzi ölkələri qərargahlarında gizlənəndə və Əfqanıstana 30 nəfərlik kontingent göndərəndə, əsgərlərimiz ön xəttdə dayanırdılar, bu bizim beynəlxalq təhlükəsizliyə töhfəmizdir
Müstəqilliklə bərabər, biz beynəlxalq ictimaiyyətin bir hissəsi olduq, o cümlədən beynəlxalq təhlükəsizlik qarşısında öz məsuliyyətimizlə – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.
Papuaşvili Gürcüstanın bir çox beynəlxalq missiyaların iştirakçısı olduğunu bildirib.
“NATO-nun bəzi ölkələri qərargahlarında gizlənəndə və Əfqanıstana 30 nəfərlik kontingent göndərəndə, əsgərlərimiz Əfqanıstanda ön xəttdə dayanırdılar. Əlbətdə, bu bizim beynəlxalq təhlükəsizliyə töhfəmizdir. Bugünkü gün münasibətilə Gürcüstan hakimiyyətini təbrik edən hamı, bu, gürcü xalqına minnətdarlığın işarəsidir və sevinirəm ki, bu minnətdarlığı görürük” – Şalva Papuaşvili bildirib.