Şalva Papuaşvili - Namizəd statusu ilə əlaqədar müraciət edəndə biz Avropa standartlarını, Avropa hüququnu sifariş etdik, amma avronifrət, avrozorakılıq, avropropaqanda bizə gəldi
Namizəd statusu ilə əlaqədar müraciət edəndə və Assosiasiya Sazişini imzalayanda biz Avropa standartlarını, Avropa hüququnu sifariş etdik və nə gəldi? avronifrət, avrozorakılıq, avropropaqanda bizə gəldi, çünki onlar özlərini nifrət, zorakılıq və təbliğatla eyniləşdirirlər – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Birinci Kanalın “Günün mövzusu” verilişində deyib.
Parlamentin sədrinin Herçinskini məhz Avropa İttifaqı səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar və ya qruplar tərəfindən planlaşdırılan zorakılıq, nifrətin təzahürü və hərəkətlərdən uzaqlaşmağa və onları qınamağa çağırdığı müraciətinə və Qərbin özünün isə anti-qərb ritorikasının, siyasi opponentlərin təqib edilməsinin, onların saxlanılmasının bu münasibətlərə xələl gətirdiyinə və münasibətləri pisləşdirən addımlara işarə etməsinə dair verilişin aparıcısının sualına, Şalva Papuaşvili sualla cavab verib: “Buna görə onların maliyyələşdirdiyi insanlar bizə söyməlidirlər?”
“Bununlamı əsaslandırırlar ki, hakimiyyətdə nəsə xoşlarına ola bilsin gəlmədiyi üçün, azyaşlı övladları ilə birlikdə olan parlamentin üzvünə hücum edən, azyaşlı övladı ilə yaşayan parlament sədrinin müavininin evinə gecə vaxtı basqın edən insanları maliyyələşdirməlidirlər? Yəni zorakılıq, təbliğat və dezinformasiyaya bununlamı haqq qazandırılır? Avropa üçün nəsə yazsan, nifrət də əlavə edə bilərsən, düşmənçilik də, dezinformasiya da? Təəssüf ki, belədir” – Papuaşvili bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, o, səfirlərlə ünsiyyət zamanı daim deyirdi ki, maliyyənin şəffaflığı üçün məsuliyyəti birbaşa öz üzərlərinə götürməlidirlər, lakin onlar bunu heç cür nəzərə almadılar.
“O cümlədən, bundan əvvəl də mən Avropa İttifaqının səfirinə müraciət etmişdim ki, baxın konkret hallar və o cümlədən, faktları göndərdim. Bu əvvəlki məktubuma cavab aldım. Mən konkret faktları yazmışdım ki, onların, Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən insanlar siyasətçiləri nalayiq sözlərlə söyürlər, onlara hücum edirlər, dezinformasiya yayırlar, təbliğat aparırlar və sair. Faktlar azdırmı? Faktların siyahısı çox uzundur. Buna cavab olaraq, bundan əvvəlki dəfə mənə yazdılar: “Bəli, qütbləşmə çətindir, təəssüf doğurur, heç bir tərəf digərindən geri qalmır və sağ olun”. Budur aldığımız cavab. Bizim gözləntimiz nədir? Bizim gözləntimiz açıq şəkildə uzaq durmaqdır və bax, nə üçün bu önəmlidir. Bu gün açıq-aşkardır ki, xüsusilə ABŞ bu hərəkatlara bütün maliyyəni dayandırdıqdan sonra, yeganə maliyyə dəstəyi Avropa İttifaqı və ona üzv dövlətlərdən gəlir. Müvafiq olaraq, bu gün bütün o nifrət, zorakılıq, təbliğat və dezinformasiya Avropa İttifaqı və ya ona üzv ölkələrin büdcəsindən maliyyələşir. Avropa Parlamentində hər gün çıxış edirlər, o cümlədən bu gün eşidirdik ki, filan-filan fəalı və ya QHT-ni dəstəkləyirlər, bəs bu, o demək deyilmi ki, onlar bu şəxslərin hərəkətlərini bəyənirlər? Mən məhz bununla bağlı şəxsən Pavel Herçinskiyə müraciət etmişdim” – Papuaşvili bildirib.