Şalva Papuaşvili – Müxalifətin seçkilərdə heç bir marağı yoxdur, yenidən iğtişaşlara başlamaq üçün oktyabrın 3 -nə hazırlaşırlar

13:11, 17.08.2021

Parlament çoxluğunun üzvü Şalva Papuaşvilinin sözlərinə görə, müxalifət nümayəndələri özünüidarəetmə seçkilərinə yox, iğtişaşlara hazırlaşırlar.

Şalva Papuaşvilinin sözlərinə görə, bunu onların seçki proqramı təqdim etməməsi və əhalinin ehtiyaclarından danışmaması sübut edir.

“Müxalifətin seçkiqabağı taktikasına gəldikdə, düşünürəm ki, hamımız aydın görürük ki, onlar özünüidarəetmə seçkilərinə hazırlaşmırlar, qarışıqlığa hazırlaşırlar. Seçki proqramı haqqında heç bir təsəvvürləri yoxdur, görürük ki, əhalinin ehtiyaclarından danışmırlar. İkincisi, görünür, əvvəlcə namizəd irəli sürə bilmədilər, yerlərdə uyğun namizəd tapa bilmədilər və sonda bu bölgələrlə heç bir əlaqəsi olmayan merliyə namizəd olaraq partiya liderlərinin və qohumlarının irəli sürülməsini gördük.

Nəticə etibarilə, bu seçkiyə heç bir maraqları olmadığı görünür, 2 oktyabr üçün deyil, 3 oktyabr üçün yenidən iğtişaşlar başlatmaq üçün hazırlaşırlar. Namizədlərin adını çəkməmək, proqramı təqdim etməmək – şanslarının aşağı olduğunu söyləyir. Təbii ki, burada qələbə haqqında danışmaq artıqdır. Sentyabr çətin olacaq. Şəxsən mən rəqiblərimizdən, xüsusən də “Milli Hərəkat” dan və ətrafındakı partiyalardan çirk, yanlış məlumatlar, yalan məlumatlar axınının olacağını gözləyirəm. Buna görə də ictimaiyyəti buna hazır olmağa və çox güman ki, sentyabrda olacaq bütün məlumatları tənqidi təhlil etməyə çağırıram ”,- deyə Şalva Papuaşvili bildirdi.

Oxşar