Şalva Papuaşvili - Müxalifət özünü kinoda zənn edir, sadəcə indi onlar üçün yeni mövsüm başlayıb, bu seriyada məsələ Macarıstanla bağlıdır, əvvəllər Venesuela ssenarisinin tərəfdarı idilər
Şalva Papuaşvili - Müxalifət özünü kinoda zənn edir, sadəcə indi onlar üçün yeni mövsüm başlayıb, bu seriyada məsələ Macarıstanla bağlıdır, əvvəllər Venesuela ssenarisinin tərəfdarı idilər

 

Müxalifətin əsas problemi onların başqalarının həyatı ilə yaşamasıdır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Türkiyədə gürcü jurnalistlərə deyib.

Papuaşvilinin sözlərinə əsasən, müxalifət özünü kinoda zənn edir və başqa ölkədə gedən proseslərin iştirakçısına çevrilirlər.

“Venesuelaya baxıb venesuelalı olurlar, Macarıstana baxıb macar olurlar, ukraynalılara baxıb ukraynalı olurlar və s. Onlar öz ölkələrindən, öz seçicilərindən qopublar və başqalarının həyatı ilə yaşayan qrupdurlar. Özlərini kinoda zənn edirlər, kənarda baş verən hər şeyi kino kimi izləyirlər və özlərini bu kinonun iştirakçısı sayırlar. Onlar başqa ölkədə baş verən proseslərin iştirakçısı olurlar. Onlar müəyyən növ pozuntudan əziyyət çəkirlər, bu mənada ki, başqa yerlərdə gedən proseslərin iştirakçısı olurlar və mövcud reallıqdan qopurlar. Bu qədər ildir başa düşə bilmədilər ki, bu, seçicinin rəğbətini qazanmağın yolu deyil. Onlar sadəcə növbəti seriyanı izləyirlər. Bu seriyada məsələ müxalifətin parlament seçkiləri ilə qalib gəldiyi Macarıstanla bağlıdır. Əvvəlki seriyada Venesuelada kənar müdaxilə nəticəsində prezident ölkədən çıxarılmışdı və o vaxt həmin ssenarinin tərəfdarı idilər. Sadəcə bu serialı izləyirlər, bu dəfə onlar üçün bu mövsümdür. Başqa yerdə nəsə başqa bir hadisə baş verəcək və onlar da ona uyğunlaşacaqlar. Onların öz gündəliyi, fikri və siyasəti yoxdur, başqalarından asılı olan və başqalarına qoşulan qrupdurlar” – Şalva Papuaşvili bildirib.