Şalva Papuaşvili - Müxalifət dövlət çevrilişi ssenarisini izləyir, bu, konstitusiya quruluşuna və demokratik seçkilərə qarşı çıxmaqdır, gürcü xalqı belə hərəkətlərə yol verməyəcək
Müxalifət dövlət çevrilişi ssenarisini izləyir, bu, konstitusiya quruluşuna və demokratik seçkilərə qarşı çıxmaqdır, gürcü xalqı belə hərəkətlərə yol verməyəcək – bu haqda parlamentin sədri Şalva Papuaşvili deyib.
“Hər şey əvvəlcədən dediyimiz kimi, müxalifətin yazdığı ssenari üzrə gedir. Biz bunu deyirdik ki, texniki hökumətdən niyə danışırdılar, bu 90-cı illərdən, yaxud hakimiyyəti zorla ələ keçirib hansısa texniki hökumətlərin gətirilməyə çalışıldığı başqa ölkələrdən yadımızda qalan şeydir. Ona görə də bütün bu səhnəni hazırlamışdılar – qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bununla bağlı hər şeyi hazırlamışdılar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbətdə konstitusiya quruluşuna qarşı çıxmaq və demokratik seçkilərə qarşı çıxmaqdır. Gürcü xalqı əlbətdə belə hərəkətlərə yol verməyəcək” – Şalva Papuaşvili bildirib.