Şalva Papuaşvili - MSK-nın dörd üzvünün seçilməsi üçün parlamentdə gələn həftə də səsvermə keçiriləcək
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının dörd üzvünün seçilməsi üçün parlamentdə gələn həftə də səsvermə keçiriləcək – bu haqda parlamentin sədri Şalva Papuaşvili büronun bugünkü iclasında bildirib.
“Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi məsələsi də gələcək sessiya həftəsində səsverməyə çıxarılacaq məsələlər sırasına daxil edilib. Bildiyiniz kimi, əvvəlki sessiya həftəsində ilk səsvermə keçirildi, 100 səs lazım idi. 100 səs toplanmadığından, növbəti səsvermədə 4 namizəd üçün 76 səs çoxluğu tələb olunur” – Şalva Papuaşvili bildirib.