Şalva Papuaşvili – Milli maraqlar şəxsi inciklikdən üstün olmalıdır; cənab Peterin 30 illik nümunəvi tərəfdaşlığı üç ilə dağıtması bu sadə həqiqəti dərk etməməsinin göstəricisidir
Şalva Papuaşvili – Milli maraqlar şəxsi inciklikdən üstün olmalıdır; cənab Peterin 30 illik nümunəvi tərəfdaşlığı üç ilə dağıtması bu sadə həqiqəti dərk etməməsinin göstəricisidir

Yeri gəlmişkən, iki həftə əvvəl 50 yaşım tamam oldu. Diqqətəlayiqdir ki, cənab Peter geniş müsahibəsində mənim vəzifəmi bir dəfə də olsun qeyd etmir və yalnız soyadımla müraciət edir, – deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Papuaşvili Almaniyanın səfirinin bəyanatına cavab verib. Səfir bildirib: “Cənab Papuaşvili ümumilikdə 21 il Almaniya tərəfindən maliyyələşdirilib, o, 48 yaşındadır, 21 və 48 – bununla bağlı əlavə şərhim yoxdur”.

Səfirin cavabına münasibət bildirən Papuaşvili qeyd edib ki, milli maraqlar şəxsi inciklikdən üstün olmalıdır.

“Görünür, 2024-cü il seçkilərindən sonra parlament sədrliyi ilə yanaşı, mənim yaş artımımı da qəbul etmir və əskik göstərilən iki ili də buna bağlamalıyıq.

Milli maraqlar insanın şəxsi həyatından və xüsusilə də şəxsi inciklikdən üstün olmalıdır. Cənab Peterin 30 illik nümunəvi tərəfdaşlığı üç il ərzində dağıtması bu sadə həqiqəti dərk etməməsinin göstəricisidir. Bu da keçib gedəcək”, – deyə Papuaşvili yazıb.