Şalva Papuaşvili - "Milli Hərəkat"çı, elə "Milli Hərəkat"çıdır, fərqi yoxdur, o, mehmanxananın meneceridir, yoxsa QHT-nin əməkdaşı
Şalva Papuaşvili - "Milli Hərəkat"çı, elə "Milli Hərəkat"çıdır, fərqi yoxdur, o, mehmanxananın meneceridir, yoxsa QHT-nin əməkdaşı

 

Zənnimcə, Gürcüstanda spesifik seqment yaranıb, nədənsə mazoxizmə qapılan “Milli Hərəkat”çı biznesmenlər ya da ideologiyalaşmış biznesmenlər çalışırlar elə bir təəssürat yaratsınlar ki, guya hansısa şəkildə zərər görüblər, sonra isə bu haqda danışsınlar və bunu kiminsə üstünə atsınlar – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Milli Hərəkat”çı, elə “Milli Hərəkat”çıdır, fərqi yoxdur, o, mehmanxananın meneceridir, yoxsa QHT-nin əməkdaşı, Batu Kuteliadır ya da başqası. “BMG”dən danışanda xatırladım ki, bu, “Cartu” Bankın müflisləşməsi işində iştirak etdiyini etiraf edən Qiorqi İsakadzenindir. O, 2011-ci ildə “Cartu” Bankı hansısa yolla müflis etmək üçün sifariş verilmiş ifadələr verdiyini və sifariş edilmiş əməliyyatlar apardığını etiraf edib. Bu insanın biznesdən danışması ayıbdır” – Papuaşvili bildirib.