Şalva Papuaşvili - "Milli Hərəkat" üçün sənəddə nə yazıldığının fərqi yoxdur, çünki konfrontasiyadan əməkdaşlığa keçmək istəmirlər
Şalva Papuaşvili - "Milli Hərəkat" üçün sənəddə nə yazıldığının fərqi yoxdur, çünki konfrontasiyadan əməkdaşlığa keçmək istəmirlər

Fərqi yoxdur sənəddə nə yazılacaq. Onlar heç bir sənədi imzalamayacaqlar, çünki razılaşma razılaşmanı və konfrontasiyadan əməkdaşlığa keçməyi nəzərdə tutur,nəyi də onlar istəmirlər, – bu barədə “gürcü Arzusunun” nümayəndəsi, Şalva Papuaşvili Şarl Mişel tərəfindən təqdim olunan yeni sənəd ilə bağlı “Milli Hərəkatın” mövqeyini dəyərləndirərkən bəyan etdi.

Elə onun dediyinə görə, “Milli Hərəkat istəyir ki, hakimiyyəti qeyri-demokratik yol ilə əldə etsin.

“Onlar bizim seçicimizin 31 oktyabrda qazandığı qələbəsini əlindən almağı istəyirlər. İstəyirlər ki, “Gürcü Arzusu” seçicisinin qələbəsini zorla alsınlar və hakimiyyəti i qeyri-demokratik yol ilə əldə etsinlər. Qarmaqarışıqlıqla bulanıq suda balıq tutmaq istəyirlər”, – Şalva Papuaşvili bəyan etdi.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər