Şalva Papuaşvili Mixayela Dotsova-nın Bolqarıstan Milli Məclisinin spikeri seçilməsini təbrik edib
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Mixayela Dotsovanın Bolqarıstan Milli Məclisinin spikeri seçilməsini təbrik edib.
Papuaşvilinin sözlərinə görə, Gürcüstan və Bolqarıstan arasındakı tarixi dostluq və mədəni yaxınlıq ölkələr arasında əməkdaşlığın inkişafı üçün möhkəm əsas yaradıb.
“Mixayela Dotsovanın Bolqarıstan Milli Məclisinin spikeri seçilməsini təbrik edirəm. Ölkələrimizin qanunverici orqanları arasında tərəfdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Tarixi dostluq və mədəni yaxınlıq Gürcüstan və Bolqarıstan arasında daha sıx əməkdaşlıq üçün möhkəm zəmin yaradıb,” – deyə Şalva Papuaşvili bildirib.