Şalva Papuaşvili - Mən əhalini ürəkləndirmək istəyirəm ki, hər şey yaxşı olacaq, heç bir xaos, iğtişaş və ya gündəm dəyişikliyi baş verməyəcək
Mən əhalini ürəkləndirmək istəyirəm ki, hər şey yaxşı olacaq, heç bir xaos, iğtişaş və ya gündəm dəyişikliyi baş verməyəcək – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili hakim komandanın seçicilərini məyus etməyəcəklərini bildirib.
“Mən bütün əhalini və ilk növbədə bizim, “Gürcü Arzusu” partiyasının tərəfdarlarını, seçicilərimizi, 1 milyon 120 min insanı ürəkləndirmək istəyirəm ki, hər şey yaxşı olacaq. Heç bir xaos, iğtişaş və ya gündəm dəyişikliyi baş verməyəcək. Siz bizə mandat verdiniz, biz ona böyük məsuliyyətlə yanaşırıq, qoruyuruq və qiymətləndiririk. Bu etimadın doğruldulmaması olmayacaq və ola bilməz. Göstərdiyiniz etimad üçün bir daha təşəkkürlər və bu “isti günlərdə” hiss etdiyimiz, başa düşdüyümüz və qiymətləndirdiyimiz dəstəyə görə təşəkkürlər. Başa düşməliyik ki, yaranmış vəziyyət ölkəmiz ətrafında gedən prosesin əks-sədasıdır və bu prosesdən biz mütləq əmin-amanlıqla çıxacağıq” – Şalva Papuaşvili qeyd edib.