Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Macarıstana rəsmi səfərə gedib.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində parlament sədrinin Macarıstanın paytaxtı Budapeştdə yüksək səviyyəli görüşləri nəzərdə tutulub.
“Şalva Papuaşvili parlamentin spikeri Laszlo Köver, baş nazir Viktor Orban və prezident Tamas Şuyokla görüşəcək”.
Parlamentin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə aşağıdakılar daxildir:
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya inteqrasiya komitəsinin sədri Henrietta Tsitsava, Gürcüstan parlamentinin dostluq qrupunun rəhbəri İrakli Mezurnişvili; Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsi sədrinin birinci müavini.