Şalva Papuaşvili Lüksemburq parlamentinin sədrilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatasının sədri Klod Viselerlə görüşüb.
Şalva Papuaşvili Lüksemburqdan olan həmkarına Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Tərəflər iki ölkə parlamentləri arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd ediblər. Tərəflər 2026-cı ilin aprelində İstanbulda Parlamentlərarası İttifaqın (IPU) Baş Assambleyası çərçivəsində keçirilən məhsuldar görüşü xatırlayıblar. Şalva Papuaşvilinin ikitərəfli rəsmi səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri, o cümlədən biznes əlaqələrinin inkişafı və turizm sahəsində əməkdaşlıq müzakirə olunub.
Görüş zamanı Gürcüstan-Avropa İttifaqı münasibətləri də müzakirə edilib. Qeyd olunub ki, Gürcüstan Assosiasiya Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Dialoqun bərpasının vacibliyi vurğulanıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.