Şalva Papuaşvili - Los-Ancelesdə də, Berlində də, Parisdə də və Tbilisidə də ekstremizmin eyni siması var, maska zorakılıq törədənlərin üzünü eyni cür gizlədir, “Molotov kokteyli” polisləri eyni cür yandırır
Los-Ancelesdə də, Berlində də, Parisdə də və Tbilisidə də zorakı ekstremizmin eyni siması var. Maska zorakılıq törədənlərin üzünü eyni cür gizlədir, “Molotov kokteyli” polisləri eyni cür yandırır, fişəng insanlara və binalara eyni cür zərər verir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Facebook” səhifəsində yazır.
Papuaşvilinin yazdığı kimi, “Zorakılıq və ekstremizmlə mübarizə, onlardan uzaq durmaq Avropa dəyərindən başqa, həm də sivilizasiyanın da əlamətdir”.
“Dövlət vətəndaşları, xalqı, insanları onların hüquqlarını, əmlakını və ləyaqətini pozan zorakılardan qorumaq üçün var. Zorakılığın qarşısını alan polislə və ya məhkəmə ilə mübarizə aparanda, sən bununla zorakılığın tərəfində durursan. Zorakılıqdan uzaq durmaq sivil cəmiyyətin bacarmalı olduğu minimumdur. Lakin, uzaq durmaq əvəzinə, görürük ki, Brüssel və bəzi Avropa hökumətlərinin nümayəndələri Gürcüstanda ekstremizmi dəstəkləyir, təşviq edir və maliyyələşdirir. Həqiqət yalnız ekstremizmin müdafiəçiləri öz ölkələrində zorakılığa reaksiya vermək məcburiyyətində qalanda üzə çıxır” – Şalva Papuaşvili yazır.