Şalva Papuaşvili - Levan Xabeişvili və Zviad Kupravanın işləri parlamentin İstintaq Komissiyasının rəyinin ədalətliliyinin daha bir sübutudur
Təşkilat və ideologiya olaraq “Milli Hərəkat” demokratik nizamın düşmənidir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin yazdığı kimi, “Milli Hərəkat” hakimiyyətdə olanda belə idi və müxalifətdə də belə qalır.
“Levan Xabeişvili və Zviad Kupravanın işləri parlamentin İstintaq Komissiyasının rəyinin ədalətliliyinin daha bir sübutudur. Təşkilat və ideologiya olaraq “Milli Hərəkat” demokratik nizamın düşmənidir. O, hakimiyyətdə olanda belə idi və müxalifətdə də belə qalır” – Şalva Papuaşvili yazır.
Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi Şəhər Məclisinin “Milli Hərəkat”dan olan deputatı Zviad Kupravanı saxlayıb. DTX-nın bəyanatına əsasən, Kupravanın saxlanılması onun tərəfindən seçkilərin pozulması ilə bağlı yayılmış videomüraciətlə bağlıdır.