Şalva Papuaşvili komitələrin sədrləri ilə bağlı müəyyən dəyişikliklər olacağını bildirir
Baş nazir bu gün hökumətin yeni tərkibini açıqladı, komitələrin sədrləri ilə bağlı müəyyən dəyişikliklər olacaq – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.
Papuaşvili bildirib ki, bu gün komitələrin tərkibi, eləcə də digər parlament vəzifələri ilə bağlı da hər kəs hər şeyi öyrənəcək.
“Parlamentə və parlamentin konfiqurasiyasına gəlincə, baş nazirin parlamentə təqdim olunacaq hökumətin yeni tərkibini açıqladığını gördünüz. Müxtəlif nazirliklərə rəhbərlik edəcək həmkarlarımızı gördünüz. Artıq buradan deyə bilərsiniz ki, komitələrin sədrləri ilə bağlı müəyyən dəyişikliklər olacaq. Bu gün komitələrin tərkibi, eləcə də digər parlament vəzifələri ilə bağlı hər kəs hər şeyi öyrənəcək” – Şalva Papuaşvili bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə hökumətin yeni tərkibini açıqlayıb.