Şalva Papuaşvili Klinqendael İnstitutunda keçirilən ictimai müzakirədə iştirak edib
Şalva Papuaşvili Klinqendael İnstitutunda keçirilən ictimai müzakirədə iştirak edib

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Klinqendael İnstitutunda çıxış edib, daha sonra isə ekspertlərlə ictimai müzakirədə iştirak edib.

Ekspertlərin suallarına cavab olaraq Şalva Papuaşvili müzakirə iştirakçılarına Gürcüstanın Avropa seçimi barədə danışıb. Həmçinin parlamentin sədri Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi irəliləyişlər barədə müzakirə aparıb.

Parlamentin sədri Rusiyanın Ukraynaya təcavüzü və onun Gürcüstan və region üçün nəticələrindən danışıb. Həmçinin Şalva Papuaşvili Cənubi Qafqaz regionunda cari hadisələr və Gürcüstanın artan tranzit potensialı barədə müzakirə aparıb.

İctimai müzakirə Şalva Papuaşvilinin və onu müşaiət edən nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində baş tutub.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.