Şalva Papuaşvili – Kaya Kallas Avropa İttifaqı adından Gürcü ədalət mühakiməsindən üzr istəmək əvəzinə, bu gün hakimləri böhtanla ittiham edir və müxtəlif cəza tədbirləri ilə hədələyir
Şalva Papuaşvili – Kaya Kallas Avropa İttifaqı adından Gürcü ədalət mühakiməsindən üzr istəmək əvəzinə, bu gün hakimləri böhtanla ittiham edir və müxtəlif cəza tədbirləri ilə hədələyir

Avropa İttifaqı tərəfindən daha əvvəl edilmiş hücumlara görə Kaya Kallas Aİ adından Gürcüstanın ədalət sistemindən üzr istəməli olduğu halda, bu gün o, gürcü hakimlərini böhtanla ittiham edir və müxtəlif cəza tədbirləri ilə hədələyir – bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvilinin sözlərinə görə, bu yanaşmanın artıq Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur.

“Birkaç gün əvvəl ‘Gürcü Arzusu’ partiyasının siyasi şurası açıq məktub yaymışdı. Düşünürəm ki, bu məktub bu gün eşitdiklərimizlə, o cümlədən Avropa İttifaqının ali nümayəndəsinin açıqlamaları ilə tam uyğun gəlir. Bu, dediklərimizin birbaşa sübutudur. Təəssüf ki, bu gün Gürcüstan dövlətinə və gürcü xalqına qarşı aqressiv ritorika, böhtan xarakterli və dezinformasiyaya əsaslanan hücumlar, sovet üslubunda təhdidlər eşitdik – o cümlədən Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasdan. O, bu gün iki gürcü hakimini sanksiyalarla şəxsən təhdid etdi. Bu, Brüsselin bu gün seçdiyi acınacaqlı yoldur.

Avropa İttifaqının vətəndaşları bu vəziyyətə baxmalı və qərar verməlidirlər: istərdilərmi ki, Brüsseldəki bürokratlar, müstəqil ölkənin müstəqil ədalət sisteminin müstəqil hakimlərini təhdid edən bu şəxslər, onları Sovet İttifaqına doğru aparsınlar? Sadəcə, eşitdiklərimiz utancvericidir. Aİ səfiri adətən izahat verməyə ehtiyac duymur, amma indi düşünürəm ki, izahat verməyin vaxtıdır. Görürük ki, xarici ölkələrin səfirləri iclas zallarında nəyə görə əyləşirlər – məhkəmələr üçün qorxu mühiti yaratmaq, daha sonra isə bu cür hədələrin Aİ-dən səslənməsi üçün. Aİ sülh layihəsi kimi yaradılmışdı, bu gün isə gürcü xalqına və onun ədalət sisteminə qarşı hücum alətinə çevrilib.

Herkəsə, o cümlədən Kaya Kallasa xatırladıram: bu cür hücumları biz artıq eşitmişik – Mixeil Saakaşvili, Nika Melia və Gvaramia’nın məhkəmə proseslərindən sonra. Əgər bu gün Kaya Kallasdırsa, əvvəlki dövrlərdə başqa məmurlar gürcü xalqını, dövlətini və hakimlərini təhdid edirdi. Hər dəfə bu işlər Strasburqa çatanda məlum olurdu ki, Aİ yanılmış, gürcü hakimi isə haqlı olmuşdur – istər Saakaşvilinin işində, istər Meliada, istərsə də Gvaramianın məhkəməsində. Əgər əslində üzr istənilməli idisə, Kaya Kallas Aİ adından Gürcüstanın ədalət sistemindən üzr istəməli idi – çünki əvvəlki hücumlar tamamilə dezinformasiya və böhtan idi. Bunun əvəzinə, o yenidən gürcü hakimlərini böhtanla ittiham edir və cəza tədbirləri ilə hədələyir. Bu artıq Avropa dəyərləri ilə heç bir şəkildə uyğun gəlmir. Təəssüf ki, postsovet siyasi elitası Brüsselin nüfuzunu bu dərəcədə sarsıtdı və onu sovet üslubunda hücumların alətinə çevirdi,” – deyə Papuşavili bildirib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bəyan etmişdi: “Görürük ki, Gürcüstanda ciddi geriləmə var və müzakirə edirik ki, başqa nə edə bilərik. Bütün variantlar masadadır, o cümlədən vizasız rejimin dayandırılması, bu da Gürcüstan hökumətinə öz hesablamalarını dəyişməyə məcbur edəcək.”

Kallasa həmçinin məqsədli sanksiyalarla bağlı suala cavab olaraq bildirmişdi ki, sanksiyalar paketində iki hakim yer alıb.