Şalva Papuaşvili - Cenevrədə ikitərəfli görüşlərdə tanınmamaq siyasətinə dəstək, ölkələr arasında münasibətlər və beynəlxalq çağırışlar haqda danışacağıq
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına əsasən, Cenevrəyə səfər çərçivəsində panel müzakirəsi və ümumi debatlarda iştirak edəcək və çıxış edəcək.
Papuaşvili avropalı və digər həmkarları ilə ikitərəfli görüşlər də keçirəcəyini bildirib.
“Cenevrədə konfrans bu gün də davam edir. Həm panel müzakirəsi çərçivəsində, həm də ümumi debatlarda çıxış etmək və həmkarlarıma müraciət etmək imkanım olacaq. Həmçinin, avropalı və digər həmkarlarla tanınmamaq siyasətinə dəstək haqda danışacağım ikitərəfli görüşlərim olacaq. Digər tərəfdən, ölkələr arasında münasibətlər və bütün region və Gürcüstan üçün mövcud olan beynəlxalq çağırışlardan danışacağıq. Konfrans iştirakçı sayı baxımından seçilir, 100-dən çox parlament sədri iştirak edir. Parlament sədrlərinin bir məkanda toplanması və məsələləri paylaşması ikitərəfli münasibətlər üçün mühüm imkandır” – Şalva Papuaşvili qeyd edib.