Şalva Papuaşvili - İsveçdən maliyyələşən təşkilatlar dünən ikrah doğuran hücumlar təşkil edirdilər, sonra səfir memorialı əklillə bəzədi, bu riyakarlığa son qoymaq üçün səfirlikdən cavab gözləyirik
Şalva Papuaşvili - İsveçdən maliyyələşən təşkilatlar dünən ikrah doğuran hücumlar təşkil edirdilər, sonra səfir memorialı əklillə bəzədi, bu riyakarlığa son qoymaq üçün səfirlikdən cavab gözləyirik

 

İsveçin büdcəsindən maliyyələşən təşkilatlar dünən Rustaveli prospektində ikrah doğuran hücumlar təşkil edirdilər, sonra səfir memorialı əklillə bəzədi, bu riyakarlığa son qoymaq üçün səfirlikdən cavab gözləyirik – bu haqda parlamentin sədri Şalva Papuaşvili bildirib.

O deyib ki, bu təşkilatların konkret donorları var – “Beynəlxalq Şəffaflıq” Estoniyada qeydiyyatdan keçmiş və İsveç dövləti tərəfindən maliyyələşdirilən təşkilatdır.

“Dünən gördüklərimiz tamamilə utancverici hərəkət idi. Rustavelidə olan onlarla insan 9 Apreldə həlak olanların xatirəsini ayaqlar altına atdı, 1989-cu ilin 9 Aprelində toplaşan insanların sovet ordusuna qarşı uğrunda dayandığı ideyaları ayaqlar altına atdı. Dünən bu bir neçə onlarla insan ümumiyyətlə milli hərəkatın uğrunda mübarizə apardığı ideyanı ayaqlar altına atdı. Lakin, gördüklərimizin daha dərin problemləri və kökləri var, bu, ayrı-ayrı insanlar deyildi. Biz gördük və bilirik ki, bu konkret qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilmişdi – “Beynəlxalq Şəffaflıq”, “Safari”, “Utanc”, o cümlədən orada gördüyümüz və əvvəlki günlərdə onlar üçün qəbuledilməz şəxslərin Rustaveliyə gəlməsinin qarşısını almaq üçün tədbir təşkil edən xanım Lomcarianın qeyri-hökumət təşkilatı. Əsas məqsəd cəmiyyət arasında qarşıdurma yaratmaq istəmələri idi. Bunu da gördük – məqsədlərinə çata bilmədikdən sonra zorakılığa əl atdılar. Problem təkcə orada ayrı-ayrı insanların olmasında deyil, problem hansısa qeyri-hökumət təşkilatının cəmiyyət arasında bu qarşıdurmanı planlaşdırmasında da deyil. Əsas problem, bütün bunları maliyyələşdirən donorlardadır.
Bu təşkilatların konkret donorları var. Estoniyada qeydiyyatdan keçmiş “Beynəlxalq Şəffaflıq” təşkilatı, onu İsveç dövləti maliyyələşdirir. Ona görə də dünən orada qışqıran hansısa gürcü QHT-sinin əməkdaşı deyil, əslində İsveç nümayəndəliyi idi. Sual İsveç səfirinə ünvanlanır.
Gürcüstanda gürcü xalqını bir-birinə qarşı qoymaq üçün maliyyələşdirdikləri budur?! Dünən sakrebulonun üzvünə, Abxaziya Muxtar Respublikası hökumətinin üzvünə və 9 Aprelin iştirakçısına onların maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hücumuna görə İsveç səfirliyi məsuliyyət daşıyır” – Şalva Papuaşvili bildirib.