Şalva Papuaşvili İsrail Parlamentinin sədri Amir Ohana ilə görüşüb

18:40, 15.10.2026

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İsrail Dövlətinin Parlamenti, Knessetin sədri Amir Ohana ilə görüşüb.

Görüşdə gürcü və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq əlaqələri və iki ölkə arasındakı dinamik münasibətlər vurğulanıb.

Tərəflər İsraildə və Yaxın Şərq regionunda cərəyan edən hadisələri müzakirə ediblər. Şalva Papuaşvili, Gürcüstanın Yaxın Şərqdə sülh və sabitliyə yönəlmiş səyi dəstəklədiyini bildirib.

Həmçinin, İsraildə planlaşdırılan parlament seçkilərindən və bu baxımdan mövcud vəziyyət və gözləntilərdən bəhs olunub.

İkitərəfli münasibətlərin müzakirəsi zamanı iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, bu da yüksək səviyyəli səfərlərin tezliyində də özünü göstərir. Səmərəli parlament əməkdaşlığı vurğulanıb.

Görüş İtaliyanın paytaxtı Romada davam edən Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin konfransı çərçivəsində baş tutub. Parlament nümayəndə heyətinin tərkibindədir: Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili və “Xalqın Gücü” parlament siyasi qrupunun sədr müavini Eka Sepaşvili.

Oxşar