Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İsrail Dövlətinin Parlamentinin, Knessetin sədri Amir Ohana ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə İsraildə və Yaxın Şərq bölgəsində, eləcə də Ukraynada mövcud vəziyyət və cari hadisələr haqda danışıblar. Gürcüstan və İsrail hakimiyyətləri arasında dəyərlər və maraqların uyğunluğu və ABŞ-nin yeni administrasiyası ilə əməkdaşlıq məsələləri vurğulanıb.
Qeyd olunub ki, parlament əməkdaşlığı müsbət istiqamətdə inkişaf edir. Tərəflər qanunverici orqanlar arasında əlaqələrin gələcəkdə daha da gücləndirilməsinə hazır olduqlarını ifadə ediblər. Tərəflər parlament əməkdaşlığının müxtəlif səviyyələrində nümayəndə heyətləri mübadiləsi barədə razılığa gəliblər.
Görüşdə Gürcüstan və İsrail Dövləti arasında gürcü və yəhudi xalqları arasında tarixən sıx əlaqələrə əsaslanan dostluq münasibəti və səmərəli əməkdaşlıq haqda danışıblar.
Görüş Özbəkistan Respublikasının paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində keçirilib.
Gürcüstan Parlamentinin sədrinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə daxildir: Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Resurslar Komitəsinin sədri Maia Bitadze.