Şalva Papuaşvili İordaniya nümayəndə heyəti ilə görüşüb

17:52, 17.09.2026

 

Parlamentin sədri Şalva Papuaşvili İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının Gürcüstanla Dostluq Qrupunun nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı Gürcüstan Parlamenti yayır.

Onların məlumatına əsasən, görüşdə tərəflər Gürcüstan və İordaniya arasında tarixi əlaqələri vurğulayıblar, ikitərəfli əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.

“Parlament səviyyəsində, həmçinin ticarət, tibb, təhsil, turizm və mədəniyyət sektorlarında əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq qeyd edilib.

Tərəflər iki ölkənin parlamentləri arasında əməkdaşlıq memorandumunun imzalanması məsələsindən danışıblar, parlament dostluq qrupları və sahə komitələri arasında əlaqələrin dərinləşdirilməsini vurğulayıblar.

İordaniya Nümayəndələr Palatasının üzvləri İordaniyada yerləşən dini cəhətdən mühüm məkanlara, o cümlədən yaxınlığında Gürcü Mədəniyyət Mərkəzinin tikilməsi planlaşdırılan Məsihin vəftiz edildiyi məkana diqqət çəkiblər. Onlar, iki ölkə arasında turizm istiqamətində böyük əməkdaşlıq potensialının olduğunu bəyan ediblər.

Həmçinin, əsasən tibb fakültəsində təhsil alan iordaniyalı tələbələr tərəfindən Gürcüstana göstərilən maraq müsbət qiymətləndirilib.

Nümayəndə heyətinin üzvləri İordaniyanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm dəstəyini təsdiqləyiblər. Şalva Papuaşvili İordaniyaya rəsmi səfərə dəvət olunub. Görüşdə, həmçinin Gürcüstan Parlamentində İordaniya ilə Dostluq Qrupunun sədri Davit Matikaşvili iştirak edib” – Gürcüstan Parlamentinin yaydığı məlumatda deyilir.

Oxşar